Azərbaycanda bahalı əməliyyatlar üçün kredit veriləcək? – MÜHÜM YENİLİKbackend

Azərbaycanda bahalı əməliyyatlar üçün kredit veriləcək? - MÜHÜM YENİLİK

Azərbaycanda istehlak malları, təhsil, avtomobil və digər sahələr üzrə kreditlərdən geniş istifadə olunsa da, bahalı əməliyyatların və yüksək məbləğ tələb edən dərmanların maliyyələşdirilməsi üçün xüsusi tibbi kredit mexanizmi tətbiq edilmir.

Bəs gələcəkdə ölkəmizdə də bu istiqamətdə kreditlərin verilməsi mümkün ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, tibbi kreditlər təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində də banklar üçün cəlbedici maliyyə məhsulu hesab olunmur.

Əkrəm Həsənov: “Bahalaşma olacaq” Pravda.az

Onun sözlərinə görə, bunun əsas səbəbi kredit riskinin yüksək olmasıdır:

“İnsan xəstədirsə, onun gəlir əldə etmək və krediti vaxtında qaytarmaq imkanları azalır. Bu da banklar üçün ciddi risk yaradır. Məhz buna görə tibbi məqsədlər üçün kreditlərin verilməsi geniş yayılmış təcrübə deyil. Əgər vətəndaşın etibarlı zamini və ya kifayət qədər təminat xarakterli girovu varsa, banklar tibbi xərclərin maliyyələşdirilməsi üçün kredit ayıra bilərlər. Lakin bu, xüsusi tibbi kredit proqramı deyil, adi istehlak krediti çərçivəsində həyata keçirilir və geniş tətbiq olunmur.”

Əkrəm Həsənovun fikrincə, tibbi kreditlərin geniş şəkildə tətbiqi üçün həm bank risklərinin azaldılması, həm də bu sahədə əlavə maliyyə və sığorta mexanizmlərinin formalaşdırılması vacibdir. Hazırkı şəraitdə isə Azərbaycanda bahalı əməliyyat və dərmanların maliyyələşdirilməsi məqsədilə xüsusi tibbi kreditlərin kütləvi şəkildə tətbiqi real görünmür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*