ABŞ Ukraynaya ayrılan 2 milyardın hansı istiqamətlərə xərclənəcəyini açıqladıbackend

ABŞ Ukraynaya ayrılan 2 milyardın hansı istiqamətlərə xərclənəcəyini açıqladı

ABŞ Dövlət Departamenti Ukraynaya ayrılan 2 milyardlıq hərbi yardımın nəyə istifadə olunacağını açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Dövlət Departamenti spikerinin müavini Vedant Patel çıxış edib.

Onun sözlərinə görə, vəsait həm Ukraynanın müdafiə sənayesi proqramını yaratmaq, həm də onun Rusiyaya qarşı müdafiə və əks-hücum əməliyyatları aparmaq qabiliyyətini daha da gücləndirmək üçün istifadə olunacaq.

Patelin fikrincə, Amerikanın Ukraynaya hərbi yardımı cəbhədə əməli nəticələr verəcək: “Biz bilirik ki, bu, Ukrayna üçün çətin dövrdür, lakin biz əminik ki, hərbi yardım döyüş meydanında real dəyişikliklərə səbəb olacaq”.

Qeyd edək ki, martın 15-də Ukraynaya 2 milyard dollar məbləğində əlavə hərbi yardımın ediləcəyi barədə xəbəri ABŞ dövlət katibi A.Blinken açıqlamışdı.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*