“ABŞ Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə davam edəcək, lakin ora öz qoşunlarını göndərməyəcək”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Prezident çox açıq şəkildə qeyd edib ki, Amerika qoşunları Ukrayna torpaqlarında yerləşdirilməyəcək”, – deyə o bildirib.
O xatırladıb ki, Birləşmiş Ştatlar bu yaxınlarda Ukraynaya əlavə 500 milyon dollar ayırdığını elan edib.
“Biz gözləyirik ki, NATO sammiti Ukraynaya həm siyasi, həm də praktiki dəstək paketi təqdim edəcək”, – Dövlət Departamentinin sözçüsü deyib.
İqbal Rzayev,
KONKRET.az
