Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) İsveçdə yerləşən ölkə səfirliyinə dron hücumu edildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, nazirliyin Teleqram kanalında yayılan məlumata görə, pilotsuz uçuş aparatlarından biri səfirliyin ərazisinə qırmızı boya ilə dolu konteyner atıb.
Rusiya XİN hadisəni sadəcə təxribat deyil, həm də səfirlik əməkdaşlarını qorxutmağa yönəlmiş açıq cəhd kimi qiymətləndirib.
Rusiya tərəfi bəyan edib ki, diplomatik missiyaya qarşı hücumların davam etməsinə və mümkün nəticələrinə görə bütün məsuliyyət İsveçin üzərinə düşür.
Müşviq Tofiqoğlu
KONKRET.az
