“ABŞ Kiyevi sülhə məcbur etmək üçün Ukraynaya hərbi yardımı dayandırıb”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidentinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.
Onun fikrincə, səbəb kimi Ərdoğannın sülh planı göstərilir.
“ABŞ-ın qərarı Türkiyə sülh planı ilə birbaşa əlaqəlidir. Bu, Türkiyənin deyil, Rusiya və Amerikanın razılaşdığı bir məsələdir”, – deyə Arestoviç bildirib.
Xatırladaq ki, mediada səslənən “Ərdoğan planı” hazırkı cəbhə xəttində müharibənin dondurulmasını, Ukraynanın qoşunlara qoşulmamasını və Rusiyanın zəbt etdiyi ərazilərin statusu ilə bağlı 2040-cı ildə referendumların keçirilməsini nəzərdə tutur.
Burhan,
KONKRET.az
