Abşeronda yol qəzası: Ölən və yaralanan varbackend

Abşeronda yol qəzası: Ölən və yaralanan var

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər sağ, digər 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*