AEBA rəhbəri: “Liviyada 2,5 ton uran yoxa çıxıb”backend

AEBA rəhbəri: "Liviyada 2,5 ton uran yoxa çıxıb"

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) müfəttişləri Liviyadakı sınaq poliqonundan 2,5 ton uranın yoxa çıxmasını aşkar ediblər.

KONKRET.azReuters“ə istinadən xəbər verir ki, müvafiq bəyanatla qurumun baş direktoru Rafael Qrossi çıxış edib.

Bildirilib ki, martın 14-də AEBAnın yoxlaması zamanı ekspertlər sınaq meydançasında 10 çəllək uran konsentratının itdiyini aşkar ediblər.

Baş direktorun sözlərinə görə, bu, ərazinin radiasiya ilə çirklənməsi üçün ciddi təhlükə yarada bilər.

Qeyd olunub ki, AEBA uranın sınaq meydançasından hara getdiyini müəyyən etmək niyyətindədir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*