DİQQƏT! Bu ərazilərdə işıq olmayacaqbackend

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Bu gün paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq”dan KONKRET.az-a verilən məlumata görə, iyulun 7-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Hüseyn Cavid, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər Cabbarlı, Fuad İbrahimov, Sübhi Salayev, Cabbar Qaryağdıoğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Nizami Abdullayev və K. Əfkarlı küçələrinin bəzi yerlərini əhatə edəcək.

“Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*