Qax rayonunun Güllük kəndi istiqamətində qeydə alınan yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
KONKRET.az xəbər verir ki, qəza yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Belə ki, Raziyə Əsgərzadənin idarə etdiyi 77-ZK-808 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil Nizami Hacıyevin idarə etdiyi 77-BY-616 dövlət qeydiyyat nişanlı TIR-la toqquşub.
İlkin məlumata əsasən, hadisəyə BMW-nin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.//oxu.az
