Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?backend

Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?

“Ankara Zirvəsi NATO üçün adi toplantı deyil, alyansın yeni təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək platformadır. Çünki gündəmdə təkcə Ukraynaya dəstək yox, həm də müdafiə xərclərinin artırılması, Avropanın daha çox məsuliyyət götürməsi, müdafiə sənayesinin gücləndirilməsi və ABŞ-Avropa yük bölgüsünün yenidən qurulması var. Rəsmi NATO məlumatına görə sammit 7–8 iyul 2026-da Ankarada keçirilir və liderlər alyansın strateji istiqamətlərini müzakirə edirlər”.

Politoloq Züriyyə Qarayeva bu fikri KONKRET.az-a açıqlamasında səsləndirib.

Züriyyə Qarayeva

“Ukrayna məsələsində qəbul ediləcək qərarlar Rusiyaya qarşı çəkindirmə xəttini sərtləşdirə bilər; Yaxın Şərq, İran və Suriya gündəmi isə NATO-nun artıq yalnız Avropa təhlükəsizliyi ilə məhdudlaşmadığını göstərir”.

Politoloq qeyd edir ki, Ankara burada xüsusi önəm daşıyır:

“Türkiyə həm NATO üzvüdür, həm də Qara dəniz, Suriya, İran və Yaxın Şərq xəttində birbaşa təsir imkanına malik regional gücdür. Ona görə bu zirvədən çıxacaq mesajlar qlobal güc balansında Qərbin vahid dayanıb-dayanmadığını, Rusiyaya qarşı təzyiqin dərinləşib-dərinləşməyəcəyini və Yaxın Şərqdə yeni təhlükəsizlik mexanizmlərinin yaranıb-yaranmayacağını göstərəcək”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*