Sərnişin avtobusu aşdı – 41 yaralıbackend

Sərnişin avtobusu aşdı - 41 yaralı

Türkiyənin Kırıkkale vilayətində sərnişin avtobusunun aşması nəticəsində 41 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, qəza Tekirdağdan Kayseriyə hərəkət edən sərnişin avtobusunun Kaman-Ankara avtomobil yolunda, Karakeçili Dövlət Xəstəxanası yaxınlığında idarəetmədən çıxaraq aşması nəticəsində baş verib.

Hadisə yerinə AFAD, yanğınsöndürmə, təcili tibbi yardım, polis və jandarma əməkdaşları cəlb olunub.

Qəza zamanı 38 sərnişin, 2 sürücü və 1 bələdçi olmaqla ümumilikdə 41 nəfər yaralanıb. Yaralılar təcili yardım briqadaları tərəfindən ətrafdakı xəstəxanalara çatdırılıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzadan sonra avtobusun sürücüsü saxlanılıb. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*