AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandıbackend

AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı

Aprelin 2-də AFFA-nın növbəti Konfransı keçiriləcək.

KONKRET.az xəbər verir ki, tədbir saat 10:00-da başlayacaq.

Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı, AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi daxildir.

Xatırladaq ki, AFFA-nın prezidenti vəzifəsinə yeganə namizəd SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*