Zelenski: “Rusiya Belarus ərazisindən hücuma hazırlaşır”backend

Zelenski: "Rusiya Belarus ərazisindən hücuma hazırlaşır"

Ukrayna prezidenti bildirib ki, ölkə kəşfiyyatı rusların Lukaşenkonu Rusiyanın təcavüzkar əməliyyatlarına qoşulmağa inandırmaq üçün əlavə cəhdlərini qeydə alıb.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Belarusun cənubunda və şimalında – ya Ukraynadakı Çerniqov-Kiyev oxuna qarşı, ya da NATO ölkəsinə qarşı – xüsusilə Belarus ərazisindən əməliyyatlar üçün planlar ortaya çıxıb.

“Ukrayna Rusiya ilə Belarus arasındakı söhbətin təfərrüatlarına malikdir. Əgər Aleksandr Lukaşenko səhv edərsə və bu Rusiyanın niyyətini dəstəkləmək qərarına gələrsə, Ukrayna mütləq özünü və xalqını müdafiə edəcək”, – deyə Ukrayna prezidenti özünün Telegram kanalında yazıb.

Zelenski Ukrayna Müdafiə və Təhlükəsizlik Qüvvələrinə müvafiq istiqaməti gücləndirməyi və baş qərargahda nəzərdən keçiriləcək və təsdiqlənəcək cavab planı təqdim etməyi tapşırıb.

Bundan başqa, Ukrayna prezidenti rusların “qərar qəbuletmə mərkəzlərinə” zərbə endirməyə hazırlaşdığını bildirib və məxfi sənədləri göstərib.

V.Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mütəxəssislərinin rusların yeni raket və pilotsuz təyyarə zərbələri hazırladığını göstərən sənədlər aldığını bildirib.

Zelenskinin sözlərinə görə, bunlara, xüsusən də, təxminən iyirmiyə yaxın siyasi mərkəz və hərbi obyektlər daxildir.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*