AFFA Qurban Qurbanova görə “Qarabağ”ı 1000 manat cərimələdibackend

AFFA Qurban Qurbanova görə “Qarabağ”ı 1000 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

KONKRET.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda “Qəbələ” – “Qarabağ” oyununda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun qırmızı vərəqə alması ilə bağlı da qərar verilib.

Sözügedən görüşün 89-cu dəqiqəsində Qurban Qurbanov 2-ci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyunluq cəzalanıb, “Qarabağ” 1000 manat cərimə edilib.

“Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Qarabağ” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*