10 min manat borca görə, 110 minlik evindən oldu – “Kəpəz” BOKT-dan şikayət (VİDEO)backend

10 min manat borca görə, 110 minlik evindən oldu - "Kəpəz" BOKT-dan şikayət (VİDEO)

Masazır qəsəbəsində yaşayan Hüseyn Mustafayev 10 min manat borca görə 110 minlik evindən olduğunu iddia edir.   

KONKRET.az xəbər verir ki, o, bu iddianı “Xəzər Tv”yə şikayətində səsləndirib.

Hüseyn Mustafayev bildirir ki, 2019-cu ildə 5 otaqlı fərdi yaşayış evini “Kəpəz” Bank Olmayan Kredit Təşkilatına (BOKT) girov qoyaraq oradan 10 min manat kredit götürüb. Razılaşmaya əsasən, faizlə birlikdə ümumi ödənişin 3 il ərzində 20 min manat olması nəzərdə tutulub. Borcun bir hissəsi ödəndikdən sonra gecikmə yaranıb və faiz hesablanıb.

Şikayətçinin iddiasına görə, Bank Olmayan Kredit Təşkilatı ilə aralarında olan problem bununla da yekunlaşmayıb. Sonradan dəyəri təxminən 110 min manat olan evi hərraca çıxarılıb və 51 min manata satılıb. Evin hərraca çıxarılması ilə bağlı da sahibinə heç bir məlumat verilməyib.

  • Təbeiz
    May 18, 2026 - 05:32

    Salam Kəpəz bokt dələduzluq edir mənim tanışım Həşimova Suriyyə Müzəffər qızına məxsus olan evidə heç bir bildiriş gəlmədən hərraca çıxardıb üstəlik qiymətləndirmənin bildirişdə yoxdur xahiş edirəm kömək edin tək qadındır kimi kimsəsi yoxdur. Ünvanı Xətai rayon Gəncə prospekti Sadıqcan 4 mənzil 69
    +994555292988

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*