Ağ Ev İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini elan etdibackend

Ağ Ev İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini elan etdi

ABŞ İsrailə qarşı hava hücumundan sonra yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

O deyib ki, yeni məhdudiyyətlər İranın raket və dron proqramlarını əhatə edəcək. Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna və İran Müdafiə Nazirliyinə dəstək verən strukturlar sanksiya ilə üzləşəcəklər”, – deyə Sallivan bildirib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında İsrailə hücumdan sonra İrana qarşı sanksiyaların tətbiqinə dair qanun layihələri müzakirə olunacaq. Bir sıra qanun layihələri həmçinin Aİ-nin SEPAH-ı terror təşkilatı elan etməsini tələb edir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*