Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, rayonun Şahsevən kəndində “Niva” markalı avtomobillə “QAZel” markalı yük maşını toqquşub.
Nəticədə 1958-ci il təvəllüdlü Qədirov Araz Xanış oğlu hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.//APA
