Ağdaşda körpə bitki toxumunu yeyərək ZƏHƏRLƏNDİbackend

Ağdaşda körpə bitki toxumunu yeyərək ZƏHƏRLƏNDİ

Ağdaş rayonunda körpə bitki toxumunu yeyərək zəhərlənib.

KONKRET.az xəbər verir ki, hadisə sentyabrın 22-si saat 19:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində qeydə alınıb.

Belə ki, evdə nəzarətsiz qalan 2020-ci il təvəllüdlü C.Əhmədov bitki toxumunu yeyib.

Daha sonra körpə zəhərlənmə diaqnozu ilə Ağda Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*