KONKRET.az-ın müsahibi Rusiya və Türkiyədə təhsil almış Alqoloji elm sahəsində ixtisaslaşmış tibb elmləri namizədi, “Ağrı Müalicə Mərkəzi”nin rəhbəri alqoloq – ağrı həkimi, doktor Vüsal Eyvazovdur.
Alqoloq – ağrı həkimi, doktor Vüsal Eyvazov kimdir?
– Tibb Elmləri Namizədi, alqoloq-ağrı həkimi doktor Vüsal Eyvazov 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2000-2005-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Ordinatura və Aspirantura təhsili alaraq ixtisaslaşıb və tibb elmləri namizədi adını alıb. 2005-ci ildən isə Azərbaycana qayıdaraq Mərkəzi Neftçilər Xəstəxanasında Anestezioloq kimi fəaliyyət göstərib.
2011-ci ildən etibarən isə Baku Medical Plazada Anesteziologiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışır. Tibb Elmləri Namizədi Doktor Vüsal Eyvazov Türkiyənin İzmir şəhərində Ege Universitetinin Tibb fakultəsində Alqoloji bilim sahəsində ixtisaslaşmış, Alqoloq-Ağrı həkimi ixtisasına yiyələnmişdir. Alqologiya ilə bağlı bir çox elmi konfranslarda, kurslarda olan Vüsal həkim 2017-ci ildə Azərbaycanda ilk dəfə Ağrı Müalicə Mərkəzini yaratmışdır.
Alqoloq nədir?
– Alqoloq – bütün dünyada son illərin yeni ixtisası kimi tanınmış xroniki ağrıların müalicəsi ilə məşğul olan bir həkimdir.
Ağrı həkimi nədir və kimlər müraciət edə bilər?
– Xronikiləşmiş ağrılarla yaşayan, uzun müddət müalicə almış, ciddi bir müsbət təsiri olmayan və artıq müalicəyə tabe olmayan xəstələr müraciət edə bilərlər. Ağrı Müalicə Mərkəzində əməliyyatsız, qansız, kəsiksiz, xəstəxanada yatmadan ağrılardan azad olmaq mümkündür.
Hansı növ ağrıları olan insanlar müraciət edə bilərlər?
Əsasən fizoterapevtik, masaj, medikametoz dərman müalicələri ilə keçmədiyi halda insanlar bu ağrılarla yaşamaq və barışmaq məcburiyyətində qalırlar. Xroniki baş ağrıları, hansı ki, bəzən insanlar yalançı və ya həqiqi miqren ağrıları ilə səhv salırlar. Həmçinin boyun, kürək, çiyin oynaqları, diz, bud-çanaq ağrıları, bel yırtığına bağlı olan və olmayan ağrılar, onurğa və əzələ ağrıları, xərçəng səbəbi ilə yaranan ağrılar, ümumiyyətlə, insan orqanizmində olan bu kimi xronikləşmiş ağrıları olduqda ağrı müalicə həkiminə müraciət edə bilər və “Ağrı Mərkəzi”ndə bu ağrılardan qurtula bilərlər.
“Ağrı Mərkəzi” nədir və bura necə müraciət etmək olar?
Məhz sözügedən “Ağrı Mərkəzi” xroniki ağrılardan əziyyət çəkən insanların müalicəsi üçün yaradılıb və bütün növ xroniki ağrılar burada müalicə olunur. Bura əsasən diaqnostik blokada və ardınca radiofrekansla qalıcı prosedurlar, tetik nöqtə ineksiyaları, ozon və ya steroid ineksiyaları, kök hüceyrə ineksiyaları və sairə prosedurlar vasitəsilə ağrıların müalicəsi mümkündür.
Babək prospekti, Bakı Medical Plazada yerləşən “Ağrı Mərkəzi”nə həftənin bazar günü istisna olmaqla bütün günləri iş saatlarında +994773118866 mobil nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazılmaq mümkündür. Daha ətraflı məlumat ilə www.vusaleyvazov.az rəsmi saytı və həkimin sosial şəbəkələrdəki səhifələrindən tanış ola bilərsiniz.