15 sentyabrda Bakıda “qiyamət qopacaq” – Nə etməli?backend

15 sentyabrda Bakıda "qiyamət qopacaq" – Nə etməli?

Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. Şagird və tələbələrin məktəb və universitetlərə gediş-gəlişi, valideynlərin övladlarını şəxsi avtomobillərlə təhsil müəssisələrinə aparması paytaxt yollarına əlavə yük yaradacaq. Artıq yeni dərs ili başlamamış şəhərin bir sıra küçə və prospektlərində ciddi sıxlıq müşahidə olunur.

Bəs sentyabrın 15-də Bakıda nəqliyyatın iflic vəziyyətinə düşməməsi üçün hansı tədbirlər görülməlidir? Valideynlər şəxsi avtomobillərdən imtina etməlidirlərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı daha da arta bilər.

Sürücülərin NƏZƏRİNƏ: İşıqforlar bu cür işləyə bilər…

Ekspertin sözlərinə görə, sıxlığın qarşısını almaq üçün ilk növbədə ictimai nəqliyyatdan, xüsusilə avtobuslardan daha geniş istifadə olunmalıdır:

“Bunun qarşısını almaq üçün mümkün qədər ictimai nəqliyyatdan, xüsusilə avtobuslardan istifadə etmək lazımdır. İnsanlar imkan daxilində məktəbləri evlərinə yaxın seçsinlər. Eyni zamanda iş yeri, məktəb və yaşayış yeri bir-birinə yaxın olmalıdır. İnsan hər gün şəhərin bir başından digər başına getməyə məcbur qalırsa, bu, təbii olaraq yollardakı yükü artırır”.

Yasin Mustafayevin fikrincə, şəxsi avtomobillərdən istifadənin azalması da nəqliyyat sıxlığının qarşısının alınmasında mühüm rol oynaya bilər. Xüsusilə valideynlərin övladlarını məktəbə aparıb-gətirərkən alternativ nəqliyyat vasitələrinə üstünlük verməsi paytaxt yollarında avtomobil sayının azalmasına kömək edə bilər.

Beləliklə, sentyabrın 15-də Bakıda nəqliyyat sıxlığının kritik həddə çatmaması üçün həm aidiyyəti qurumların qabaqlayıcı tədbirlər görməsi, həm də vətəndaşların mümkün qədər ictimai nəqliyyatdan istifadə etməsi vacibdir.

Aynurə İsmayıl
KONKRET.az

  • anonim
    Sentyabr 5, 2026 - 23:57

    bir dənə tıxaca görə “qiyamət qopacaq” nə dəxli? hər məsələdə dini ifadələri işlətmək məcburiyyətindəsiniz? dini terminləri belə gic-gic başlıqlar uğruna ucuzlaşdırmayın.

  • Müşviq tər tərli
    Sentyabr 6, 2026 - 02:06

    Hə ele işdə tökülüb daşır axi evin yan yörəsində. Ne danışırsınız ey siz? Camaat kefinden hər gün suraxanidan saraya sumqayita gedib gəlmir ey camaat acindan sürünür balasına bir tikə zeher aparmaq üçün amerikayada gedir. Bes siz öz rahat maşınlarınızda işinizə getməyin də sizde sadə olub aftobusla gedib gəlin işə. Nedi siz rahat gedib gələrsiniz deyə camaat bu istidə balasını belində şəlləyib şəhərdə gəzəcək? Hər kəs isder ki rahat yaşasın. Kasıba o olmaz bu olmaz ne bilim cərimə flan. Besdirin de. Milyonlar hani? 3 aydi məktəb bağlıdır də bu tıxaclar bir şey disinerdiniz.. Tıxac cəhənnəm qış gəlir yenə camaat yağış suyunda boğularaq? Bu yay mövsümündə kanalizasiya stemleri üçün qısa hazırlıq olaraq hansı tədbirləri gördünüz???? Sehfi ancaq kasıblara axdarin

    • Murad
      Sentyabr 7, 2026 - 08:19

      Hec kim acindan õlmur coxu bakiya kef ucun gelib

    • Resad
      Sentyabr 8, 2026 - 00:11

      👍👍👍👍

  • Ələkbər
    Sentyabr 6, 2026 - 08:17

    İnanmıram ki sıxlıq azala həm millət o maşınları alarkən evlərində bəzək əşyası olaraq saxlamayacaq ki onsuz elədə belə də hamı avtobusdan bir yerə qədər istifadə edib məcburi olaraq öz xüsusi avtomobillərinə keçid edəcəklər əgər dövlətimiz deyirsə millətinə uşaqlarınızı məktəbə avtobusla aparın onda avtobusun qiymətini hərgün qaldırmasınlar çünkü millət əziyyət çəkir avtobusa tökdüyü pula görə

  • Aidə
    Sentyabr 7, 2026 - 00:23

    Bütün ölkə axıb Bakıya gələndə belə də olmalıdır. Avtobusları idarə edən sürücülər çox kobud şəkildə qaydaları pozur, sürətli və təhlükəli idarə edirlər .Buna nə nəzarət var, nə bu istiqamətdə yenilik.İndi də bu problem.ALLAH bizə kömək olsun

  • Ayten
    Sentyabr 7, 2026 - 10:18

    Blke temir müddeti tehsili onlayn edesiz?.kasıb telebe keyfinden uzaq erazide ev kirayelemir ki, nisbeten ucuz olsun deye edir..

  • Tarana
    Sentyabr 7, 2026 - 22:32

    Avtobuslardan istifadə etmək üçün avtobuslar olmalıdır, insanlar hər avtobusu yarım saat gözləyir, dayanacaqlar rahat deyil, nə günəşdən nə də küləkdən qorumur, ,bəzi yerlərdə heç dayanacaq da yoxdur, bəzi saatlarda avtobusa minmək mümkün deyil çünki gec-gec gəldiklərinə görə basabas olur, bəzi sürücülər isə adam çox olduğuna görə qapını da açmırlar və ya heç dayanmırlar.

  • Emin
    Sentyabr 8, 2026 - 02:35

    Paytaxt şəhəri dəyişilsə sıxlıq azalar məs: Şuşa paytaxt olsa, deputatlar və önəmli qurumlar ora köçsə, şəhərdə sıxlıq azalar

  • Nuranə
    Sentyabr 8, 2026 - 05:43

    Hər kəsin komentini oxudum hər kəs özünə görə çox haqlıdır.Amma çox təəssüf ki,bu yazılan rəyləri oxuyan vicdan sahibi məsul 1 nəfər belə şəxs yoxdur.Nəqliyyat nazirliyi,bütün dövlət qurumları sadəcə boş-boş mənasız danışır,özləri belə nə danışdığını anlamır və heç kim xalqın bu problemlərinə heç bir çarə etməyi düşünmür.Çünki başları xalqın haqqını yeməyə,xalqa aid sərvəti çalıb,çapmağa qarışıb.İnşaAllah ki,bir gün buruqlarının gələr xalqın saldıqları dilənçi gününə özləri də düşərlər onda ağılları bəlkə başlarına gələr.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*