Səyyad Aran: “Niyə camaatın içinə bizi göndərirsiniz?”backend

Səyyad Aran: "Niyə camaatın içinə bizi göndərirsiniz?"

Milli Məclisin deputatlarının səlahiyyəti artırılmalıdır.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.

“Sənin hünərin çatır, ay nazir, nazirlər camaatın içinə çıxmağa? Get, sən özün camaatın içinə çıx. Xalqın əli çatan deputatdır. Bizim də səlahiyyətimiz yoxdur. Qurumlar bizə deyir ki, siz yol çəkən deyilsiniz! Bəs bizi niyə rayonlara göndərirsiniz? Niyə camaatın içinə bizi göndərirsiniz? Deyirlər, gedin camaatı dinləyin. Dinləyirik, bizə deyirlər ki, iş ver”, – deyə deputat qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*