Dünən paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan iki nəfərlə bağlı bəzi detallar məlum olub.
KONKRET.az Xəzər TV-yə istinadla xəbər verir ki, onlardan birinin Bərdədən olduğu bildirilir.
Yaxınlarının sözlərinə görə, onlar bir həftə olar ki, yataqxanada bir yerdə qalırlarmış.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar əraziyə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupu cəlb olunub.
Hazırda Bakı və Abşeron yarımadasında küləkli və dalğalı hava şəraiti müşahidə olunur. Məhz bu əlverişsiz hava şəraiti axtarışlara müəyyən dərəcədə çətinlik yaratmasına baxmayaraq, müvafiq təhülkəsizlik qaydaları qorunmaqla axtarış tədbirləri davam etdirilir. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
