Bu şəxslər daha yüksək pensiya ala bilər – AÇIQLAMAbackend

Bu şəxslər daha yüksək pensiya ala bilər – AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksək pensiya almaq imkanları da artır.

Bəs yüksək pensiya almaq üçün hansı şərtlər əsas rol oynayır? Pensiyanın məbləğini hansı amillər müəyyən edir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, yüksək pensiya almaq üçün şəxsin uzun müddət rəsmi işləməsi və əməkhaqqısına uyğun sosial sığorta ödənişlərinin həyata keçirilməsi vacibdir.

İnternetin qiyməti bahalaşacaq | KONKRET

“Yüksək pensiya almaq üçün şəxsin ya uzun müddət rəsmi işləməsi, ya da yüksək əməkhaqqı alaraq həmin gəlirə uyğun sosial sığorta ödənişlərinin həyata keçirilməsi gərəklidir. Burada əsas məsələ təkcə əməkhaqqının məbləği deyil, DSMF-yə ödənilən sosial sığorta haqlarıdır.

Məsələn, bir şəxs 2000 manat əməkhaqqı alır, lakin bunun müəyyən hissəsini qeyri-rəsmi şəkildə əldə edir və rəsmi əməkhaqqısı daha aşağı göstərilirsə, gələcəkdə həmin şəxsin pensiyası da buna uyğun formalaşacaq və yüksək pensiya almaq imkanları məhdudlaşacaq”, – deyə ekspert bildirib.

G.Hüseynovanın sözlərinə görə, əmək fəaliyyəti dövründə formalaşan pensiya kapitalı da gələcək pensiyanın məbləğinə təsir edən əsas amillərdəndir.

“Şəxsin işlədiyi müddətdə topladığı pensiya kapitalı sonrakı dövrdə onun pensiyasının məbləğinə təsir göstərir. Buna görə də əmək fəaliyyətinin rəsmi şəkildə aparılması və sosial sığorta ödənişlərinin tam məbləğdə həyata keçirilməsi vacibdir”, – deyə ekspert vurğulayıb.

Ekspert pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən şəxslərin vəziyyətinə də toxunub. Onun sözlərinə görə, belə şəxslərin əmək fəaliyyətini davam etdirdiyi müddətdə formalaşdırdığı əlavə pensiya kapitalı müəyyən şərtlər daxilində gələcək pensiya məbləğinə təsir göstərə bilər.

Beləliklə, gələcəkdə daha yüksək pensiya almaq baxımından rəsmi əmək fəaliyyəti müddəti, əməkhaqqının rəsmi məbləği, ödənilən sosial sığorta haqları və formalaşan pensiya kapitalı mühüm əhəmiyyət daşıyır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*