AHİK-lə bağlı daha bir ŞOK İDDİA YAYILDIbackend

AHİK-lə bağlı daha bir ŞOK İDDİA YAYILDI

Son günlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə bağlı bir çox xoşagəlməz iddialar yayılır. Sahib Məmmədovun yanlış idarəçilik stategiyasını əks etdirən bu cür iddialarda onun öz yaxın ətrafına vəzifə verdiyi, bəzi qanunsuz əməllərə əl atdığı haqda fikirlər səslənir. Növbəti belə iddia Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının konfransı haqda səslənib. Belə ki,  konfransda səs çoxluğu ilə Elkiyar Ziyadov Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Adil Atakişiyev isə sədrin müavini seçilib.

KONKRET.az xəbər verir ki, yeni seçilən komitə sədri Elkiyar Ziyadov haqqında xoş olmayan iddialar səsləndirilir. Ümumiyyətlə isə Sahib Məmmədovun yaratdığı idarəetmə sistemi və təyin etdiyi səriştəsiz kadrların 1 milyondan artıq üzvdə ciddi narahatlıq doğurduğu haqda məlumatlar dolaşır. Hətta mövcud vəziyyətin belə davam edəcəyi təqdirdə, AHİK-dən kütləvi şəkildə üzvlükdən çıxma tələblərinin artacağı gözlənilir.

Qanunvericiliyə əsasən, həmkarlar ittifaqına üzvlük könüllülük prinsipinə əsaslanır. Yəni üzv olmaq istəməyənlər istənilən vaxt üzvlükdən çıxaraq, maaşlarından tutulan 2% ödəmənin dayandırılmasını tələb edə bilərlər. Bu istiqamətdə araşdırmalarımız AHİK-in rəsmi sosial şəbəkə hesabları üzərindən aparılıb. Görülən işləri gizlətməyə çalışsalar da, edilən ciddi siyasi və idarəetmə səhvləri diqqətdən yayınmır.

Məsələn, Elkiyar Ziyadovun AHİK-dəki sürətli yüksəlişi suallar doğurur. 26 oktyabr 2024-cü ildə sədrin müşaviri vəzifəsinə təyin olunan Ziyadov daha əvvəl İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyində sədr müavini vəzifəsində çalışıb. Karyerasına 2013-cü ildə SOCAR-da başlayan Ziyadov, daha sonra “Azərbaycan Dəmir Yolları” QSC-də müxtəlif vəzifələrdə işləyib.

Keçmiş sədr Adil Atakişiyevin tələsik şəkildə uzaqlaşdırılması və Elkiyar Ziyadovun onun yerinə gətirilməsi Sahib Məmmədovun Konfederasiyaya tam nəzarət qurmaq məqsədi daşıyır. Ziyadovun psixoloji durumu da narahatlıq doğurur.

Xüsusilə, mədəniyyət nazirliyində baş verən əmək hüquqlarının pozulması fonunda mədəniyyət işçilərinin AHİK-ə müraciət etdiyi bir zamanda, Elkiyar Ziyadov günlərlə iş yerində görünmür. Halbuki o, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının rəhbəri olaraq 50 minə yaxın işçinin hüquqlarını qorumaq məsuliyyətini daşıyır. Maraqlısı odur ki, o eyni zamanda AHİK sədrinin müşaviri və Kurort Turizm İnformasiya Mərkəzinin direktoru vəzifələrini də icra edir. Kurort mərkəzlərindəki milyonluq dövriyyələr fonunda bu “çoxşaxəli fəaliyyət” suallar doğurur”. Çox gülməli və maraqlı məsələ budur ki, Elkiyar Ziyadov 50 minə yaxın mədəniyyət işçisinin əmək hüquqlarını qorumalı olduğu halda, hələ də Sahib Məmmədovun müşaviri vəzifəsində qalaraq, Kurort Turizm İnformasiya Mərkəzinin direktoru vəzifəsini yerinə yetirir. Heç kəsə sirr deyil ki, yay dövründə Konfederasiyanın milyonlarla vəsaitinin dövriyyə etdiyi tək ünvan məhz “putyovka” alveridir.

Haqqında səslənən bu iddialarla bağlı Elkiyar Ziyadovun mövqeyini öyrənməyə çalışdıq və onunla əlaqə saxladıq. Elkiyar Ziyadov isə sualımıza qısa cavab verdi:

“Haqqımda deyilən fikirlər həqiqəti əks etdirmir. Ətraflı mövqe öyrənmək istəyirsinizsə, AHİK-in mətbuat xidmətinə zəng vurun”.

P.S, Yayılan bu iddialarla bağlı AHİK-in mövqeyini dərc etməyə hazırıq!

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Eldar Shahgaldiyev
    May 27, 2025 - 16:08

    Hörmətli redaktor,
    Mən hazırda Universitetdə işləyirəm. Saytın da daimi oxucusuyam. AHİK yeni sədri Sahib Məmmədov haqda mənfi yazılan fikirlərə dair öz fikrimi bildirmək istəyirəm. Xeyli müddət Beynəlxal Humanitar Təşkilatlarında və eləcə də BMqT sistemində mühüm işlərdə çalışmışam. Tale elə gətirdi ki, universiteti xaricdə təzəcə bitirmiş Sahib Məmmədov mənim yanımda interna keçməli oldu. Minlərlə tələbə, yüzlərlə dövlət rəsmisini gələcək həyat üçün hazırlamışam, onlara həm də peşəyönlü bacarıqlar vermiş biri kimi, mən Sahib müəllim haqda yazılan mənfi rəylərə inanmıram. Bu illərdən əldə etdiyim təcrübə mənə imkan verir ki qeyd edim, Sahib Əli oğlu Məmmədov mədəni, intellektual, çalışqan və bacarıqlı bir kadrdır. Doğrudur, heç bu gün üstündən təqribən 30 il keçməsinə baxmayaraq bir dəfə də olsun Sahib müəllimlə heç bir əlaqəm olmayıb. Onun fəaliyyətini, sadəcə olaraq, KİV-dən izləmişəm. Uzun illər psixoloyiya öyrənmiş biri kimi deyə bilərəm ki, bir vaxtlar bizim keçmiş və bacarıqlı təhsil nazirimz M. Cabbarovla mənfi profilli kadralar uzun müddət çalışa bilməzdi. Bu gün bizim Ali rəhbərimizin Sahib Məmmədova göstərdiyi etimadı ürəyimdə alqışladım və əminəm ki Sahib müəllim tamamilə səbatlı və etimadı doğrultmağa çalışan bir kadrdır. Bilirəm ki, uzun müddət mövcud olan bir sistemə yeniliklərin tətbiq olunması elə də asanlıqla başa gəlmir və mütləq “müəyyən narazılıqlara” yol açmalıdır. Tamamilə ümidvaram ki, onun işi ilə bağlı “tənqidlər” tezliklə durulacaq və Sahib Məmmədov həmişəki kimi yetkin bir kadr olduğunu bir daha sübut edəcəkdir.

    Sizə və sytınızın oxucularına səmimi hörmətlə,
    Eldar Əvəz oğlu Şahgəldiyev

Eldar Shahgaldiyev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*