Rubio: “İran dünyanı girov götürmək istəyir”backend

Rubio: "İran dünyanı girov götürmək istəyir"

ABŞ Dövlət katibi Mark Rubio beynəlxalq birliyi İranın artan təhdidlərinə qarşı daha ayıq-sayıq olmağa çağırıb. Rubionun sözlərinə görə, Tehranın Hormuz boğazında neft tədarükü ilə bağlı yaratdığı süni gərginlik əslində daha böyük bir təhlükənin – nüvə şantajının kiçik bir modelidir. O, dünyanın gözünün bu reallığa açılmasının vaxtının çatdığını vurğulayıb.

KONKRET.az xəbər verir ki, Rubio İran rəhbərliyinin əsas məqsədinin dünyanı “girov” saxlamaq olduğunu bəyan edib. Dövlət katibi bildirib ki, Tehran hazırda Hormuz boğazındakı neft tranzitini hədəf alaraq tətbiq etdiyi təzyiq üsullarını gələcəkdə nüvə silahı vasitəsilə bütün dünyaya qarşı istifadə etməyi planlaşdırır: “Onlar dünyanı girov götürmək istəyirlər ki, hər kəsə öz istədiklərini diktə etsinlər. Bu, qətiyyən qəbulolunmazdır”. Rubio ABŞ-ın bu “girov diplomatiyasına” və nüvə təhdidlərinə qarşı ən sərt addımları atmağa davam edəcəyini qətiyyətlə diqqətə çatdırıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*