İsrail HƏRƏKƏTƏ KEÇDİ: “Bu ölkəni yandıracağıq”backend

İsrail HƏRƏKƏTƏ KEÇDİ: "Bu ölkəni yandıracağıq"

Yaxın Şərqdə atəşkəs razılaşmasının kövrəkliyi fonunda İsrailin müdafiə naziri İsrail Katsdan kəskin bəyanat gəlib. BMT-nin Livandakı elçisi Janin Hennis-Plassxaert ilə görüşən nazir, “Hizbullah”ın baş katibi Naim Qasımın “odla oynadığını”, Livan prezidenti Cozef Aunın isə ölkənin gələcəyini birbaşa təhlükəyə atdığını bildirib. Kats qeyd edib ki, İsrail ordusu atəşkəsin atəşlə bir arada mövcud olmasına heç bir halda icazə verməyəcək.

KONKRET.az xəbər verir ki, müdafiə naziri İsrailin mövqeyinin dəyişməz olduğunu vurğulayıb: “Atəşkəsin qüvvədə olduğu, eyni zamanda bizim qüvvələrimizə və Qalileyadakı yaşayış məntəqələrimizə atəş açıldığı bir reallıq olmayacaq. Əgər hücumlar davam edərsə, cavabımız sarsıdıcı olacaq”.

Kats bəyanatında Livan rəhbərliyinə və “Hizbullah”a birbaşa müraciət edərək, fəsadların ağır olacağı ilə bağlı xəbərdarlıq edib: “Naim Qasım odla oynayır və bu atəş həm ‘Hizbullah’ı, həm də bütün Livanı yandıracaq. Livan hökuməti ‘Hizbullah’a sığınacaq verməyə və onun hərəkətlərinə rəvac verməyə davam edərsə, alov bütün Livan sidrlərini (ölkənin simvolu) bürüyəcək”. Bu sözlər bölgədə genişmiqyaslı hərbi əməliyyatların yenidən alovlanma riskinin nə dərəcədə yüksək olduğunu bir daha sübut edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*