Rusiya Prezidenti Vladimir Putin İranın Ali Lideri Müctəba Xameneidən mesaj aldığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Putin bu haqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə danışıb.
Prezident bildirib ki, o, mesajı keçən həftə alıb.
“Söhbətimizə onunla başlamaq istəyirəm ki, keçən həftə İranın Ali Rəhbərindən mesaj aldım”.
Lakin Putin mesajın məzmununu açıqlamaqdan imtina edib.
Rusiya lideri Əraqçi ilə görüşü zamanı ondan Xameneinin sağlamlığı və rifahı üçün ən xoş arzularını çatdırmağı xahiş edib.\\“Qafqazinfo”
