Aİ-dən Rusiyanın 4 media subyektinə qadağabackend

Aİ-dən Rusiyanın 4 media subyektinə qadağa

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın 4 media subyektinin Avropa İttifaqı ölkələrində yayımını qadağan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya “RİA Novosti” agentliyi, “İzvestiya” qəzeti və “Rossiyskaya qazeta” daxil edilib. Bundan əlavə, “Avropanın səsi” radiosuna qadağa qoyulub.

“Bu gün Şura Rusiyanın təbliğatını və Ukraynaya qarşı təcavüzkar müharibəni yayan və dəstəkləyən daha dörd KİV-in Aİ-də yayım fəaliyyətini dayandırmaq qərarına gəlib”, – Aİ Şurasının saytında dərc olunan bəyanatda deyilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xəbərdarlıq edib ki, Rusiya Rusiya mediasının Avropada yayımına qoyulan qadağaya cavab vermək niyyətindədir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*