AB Rusiyanın 4 media orqanına qadağa qoydubackend

AB Rusiyanın 4 media orqanına qadağa qoydu

Avropa Birliyi Kreml yönümlü təbliğat yaymaqda və Ukrayna ilə yaxın olan ölkələri sabitliyi pozmaqda ittiham edən dörd KİV-ə qadağa qoyub

KONKRET.az xəbər verir ki, bu media orqanlarının qurumun ərazisində yayımının dayandırılması barədə qərar qəbul edilib.

Bildirilir ki, “qara siyahı”ya salınmış dörd nəşr – “RİA Novosti”, “Rossiyskaya qazeta”, “İzvestiya” və “Avropanın Səsi” Rusiyanın birbaşa və ya dolayısı ilə daimi nəzarəti altındadır və onun Ukraynaya qanunsuz müdaxiləsinə töhfə verib.

Qərara əsasən, tədbirlər yalnız yayımla bağlı fəaliyyətə şamil edilir. Bu media orqanlarının və onların əməkdaşlarının araşdırma və müsahibə kimi digər fəaliyyətləri qadağa olunmayıb..

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*