Ailə həkimini bəyənməyənlərin NƏZƏRİNƏ!backend

Ailə həkimini bəyənməyənlərin NƏZƏRİNƏ!

“Vətəndaş yaşadığı ərazi üzrə səhiyyə müəssisəsinə yaxınlaşaraq ailə həkimi ilə tanış ola bilər. Həmçinin həmin ailə həkimini istəmirsə, o digər həkimlə əvəzlənə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva danışıb.

O qeyd edib ki, ailə həkiminin dəyişdirilməsi üçün vətəndaş ərizə ilə müaraciət etməlidir:

“Bununla bağlı tibb müəssisəsi 2 iş günü ərzində vətəndaşa bildiriş təqdim edəcək. Orada yeni ailə həkiminin adı, soyadı, tibb müəssisəsi ilə bağlı məlumat qeyd ediləcək”.

N. Hacıyeva həmçinin bir ailə həkiminə nə qədər vətəndaşın təhkim olunduğunu da açıqlayıb. Onun sözlərinə görə, şəhər əhalisi üzrə 18 yaşına qədər 800 uşaq bir sahə həkiminə təhkim olunub. 18 yaşdan yuxarı şəxslərdə isə bu rəqəm 1800 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*