Rusiya təsirinin zəifləməsi fonunda Ermənistanın baş naziri Nikol Paşinyan qəhrəman adına iddia edir və müxtəlif dairələrdə buna işarə vurur.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb
“Məsələn, bizə bildiriblər ki, Bakıya səfər edən vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş zamanı o, Azərbaycan paytaxtında ona abidə qoyulmalı olduğunu söyləyib. Çünki o, Qarabağ məsələsini həll etməklə təkcə Ermənistanı deyil, həm də Azərbaycanı Rusiya əsarətindən azad edib”, – deyə nəşr qeyd edib.
Paşinyanın bu sərsəm açıqlaması yalnız daxili auditoriyaya hesablanmış növbəti populist gedişdir. Azərbaycan əzəli torpaqlarını – Qarabağı məhz müzəffər ordusunun qəhrəman oğullarının şücaəti və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, uğurlu siyasəti vasitəsilə ilə azad edib.
Onun 2019-cu ildə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını Azərbaycanda heç kəs unutmur. Küçədən hakimiyyətə gələn bu diplomsuz siyasətçi məğlubiyyətinin və acizliyinin dərkindən 2020-ci ildə və ondan sonrakı proseslərdə ritorikasını 180 dərəcə dəyişməyə məcbur qaldı. Çünki Azərbaycan Ordusunun dəmir yumruğu və ölkəmizin qüdrəti onun hər zaman kabusu olaraq qalır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
