Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub.
KONKRET.az xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşüb.
Görüşdə əsas diqqət Rusiya və Azərbaycan xarici işlər nazirlərinin 17 iyul 2026-cı ildə Moskvada apardıqları danışıqlar zamanı əldə olunmuş razılaşmaların icrasına yönəldilib.
Tərəflər tamformatlı mədəni dialoqun bərpası və humanitar problemlərin həlli məsələlərini müzakirə ediblər. Eyni zamanda qarşıdakı təmasların qrafiki dəqiqləşdirilib.
Görüşdə 22 fevral 2022-ci ildə Moskvada ən yüksək səviyyədə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin potensialından tam istifadə edilməsinin vacibliyi vurğulanıb.
Rusiya XİN-in məlumatına görə, görüş konstruktiv atmosferdə keçib.\\musavat.com
