Dünyanın bir sıra ölkələrində avtomobillərin texniki vəziyyətinə nəzarət müxtəlif mexanizmlərlə həyata keçirilir. Azərbaycanda isə avtomobillərin texniki baxışdan keçirilməsi sistemi hələ də qüvvədədir.
Bəs texniki baxışın tamamilə ləğv edilərək yalnız utilizasiya rüsumunun saxlanılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırkı mərhələdə Azərbaycanda texniki baxış sisteminin ləğvinə ehtiyac yoxdur.

Ekspertin sözlərinə görə, utilizasiya mexanizminin tətbiqi texniki baxışın aradan qaldırılması üçün əsas sayıla bilməz:
“Bizdə hələ texniki baxışa ehtiyac var. Utilizasiya proqramının mövcudluğu o demək deyil ki, texniki baxış ləğv edilməlidir. Texniki baxış xüsusilə köhnə avtomobillərin texniki vəziyyətinə nəzarət baxımından əhəmiyyətlidir.
Yeni avtomobil alındıqda müəyyən müddət ərzində onun texniki baxışdan keçirilməsinə ehtiyac olmur. Lakin avtomobil bir neçə il istismar edildikdən sonra texniki baxış məsələsi aktuallaşır. Bu baxımdan köhnə avtomobillərin texniki vəziyyətinə nəzarət vacibdir”, – deyə ekspert vurğulayıb.
Beləliklə, ekspertin fikrincə, utilizasiya mexanizminin tətbiqi texniki baxışın ləğvi üçün əsas deyil. Xüsusilə uzun müddət istismar olunan avtomobillərin texniki vəziyyətinə və yol hərəkəti təhlükəsizliyinə nəzarət baxımından Azərbaycanda texniki baxış sisteminin saxlanılmasına ehtiyac var.
Aynurə İsmayıl
KONKRET.az

Texniki baxış 150manatdır ləğv edilsə bəs pulu kim yığacaq
Düz deyir kişi həqiqətdi bu,maşına baxan kimi mindən problem çıxardılar ki pul verək
Texniki baxış həqiqətəndə mənasız bir işdi əsasda Azərbaycanda çünki maşını yararsız vəziyyətə olanda pul verərək dolayı yolla işini görür …
Texniki baxışın heç bir əhəmiyyəti yoxdur bunu bu “ekspert” də bilir. Çox ölkələrdə olduğu kimi köhnə maşınlara ilinə görə əlavə rüsum ödənilir vəssalam
Bu pul telesinden basga heçne deyil,utilizasiya adi ne oldugunu heç ozleride bilmiller neden ibaretdi amma elave pul almagin bir usuludu
TEXNİKİ BAXIŞ DÖVLƏT NƏZARƏTİNDƏ , XÜS6Sİ NƏQLİYYAT, SƏRNİŞİN DAŞIMA NƏQLİYYATILARINDA APARƏIMALIDIR. ŞƏXSİ NƏQLİYYA SAHİBO İŞƏ ÖZ MAŞININDA NASAZLIQ OLAN KİMİ, ONU DƏR HAL ARADAN QALDIRIR. BURDA İLDƏ BİR DƏFƏ TEXNİKİ BAXIŞA EHTİYYAC YOXDUR. ŞƏXSİ NƏQLİYYA SAHİBİ, YALNIZ YOLLARDA İSTİFADƏ VERGİSİNİ VƏ UTİLASOYA HAQQINI ÖDƏMƏLİDİR
.
Bu gün tətbiq edilən texniki baxış artıq köhnəlib. Yenilənməyə ehtiyac var. İstənilən sürücüdən texniki baxışdan necə keçir soruşun. Balonun sertfikatı tələb olunur. Hansı mağazadan mal alanda bu tələb olunur. Möhür vurulur. Nəyə lazımdır bu
Azərbaycanda texniki baxış guya nasazliga nezaretdir? Orada çalışan əməkdaşlar sürücünün cibinə nəzarət edirlər. 120-150 manat arası pul tələb olunur, pulu verənin avtomasinina ümumiyətlə baxılmır, pulu ver istənilən vəziyətdə olan avtomaşını baxışdan keçir
Texniki baxış mənasızdı.İndidə qaldırıblar qiyməti 150-160 man.Bəhanələrlə bu pulu millətdən alırlar.Nə yollarımız düzəlir,nə də millətə bunun xeyri deyir.Korrupsiya heç gəlib yoxlanır.Səsini çıxardanda bölməyə göndərib,dərini soyurlar.Ad da olur ki,xuliqanlıq eləyir.
Texniki baxış mütləq lazımdır. Müayinə mərkəzinin ərazisində təmir məntəqələri yaradılsın. Keçməyən maşın elə oradaca təmir olunsun. Təmiri mümkün olmayan da utilizasiyası olunsun. Dolayı yollarda qadağan olunsun, əməldə. Bu olar iş.
Azərbaycanda 95 faiz sürücülər texniki baxışı rüşvət yolu ilə həll edirlər. Texniki baxış mərkəzlərində bunu əyanı görmək mümkündür.
yevlax merosunda texniki baxışın qiyməti 195 manat olub mən 1-ildirki texniki baxışdan keçə bilmirəm imkanım yoxdu ləğv olunsun bu texniki baxış
Heç bir texniki baxış etmirlər. Rüşvət alıb yazırlar. Çoxdan ləğv etmək lazım idi