Bu məktəblərdə ilk dəfə Bilik Günü qeyd olunur – Siyahıbackend

Bu məktəblərdə ilk dəfə Bilik Günü qeyd olunur – Siyahı

15 sentyabr 2026-cı il tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində ilk dəfə Bilik Günü qeyd olunur.

KONKRET.az bildirir ki, yeni tədris ilinin ilk günü aşağıdakı məktəblərdə ilk dəfə Bilik Günü keçirilir

  • Ağdərə rayonu Aşağı Oratağ kənd tam orta məktəbi
  • Ağdam şəhər 1 nömrəli tam orta məktəbi
  • Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbi
  • Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi
  • Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbi
  • Xocalı rayonu Təzəbinə kənd tam orta məktəbi
  • Xocalı rayonu Xanyurdu kənd tam orta məktəbi

Bu əlamətdar hadisə işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və Böyük Qayıdış çərçivəsində təhsil həyatının davamlı şəkildə təşkilinin mühüm göstəricisidir.

Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 19 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Yeni tədris ilinin başlanması münasibətilə bütün şagird və müəllimlərə uğurlar arzulayırıq!

Bir uşaq şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, xəstəxana və mətn şəkili ola bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*