Ağcabədi rayonunda çoxillik tut bağında baş verən yanğın məhdudlaşdırılıb.
KONKRET.az bildirir ki, bu barədə “Report”un Qarabağ bürosunun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Ağcabədi rayonu, Hindarxı qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


