“Akıncı” lazerlə idarə olunan raket sınaqdan keçirildi – VİDEObackend

"Akıncı" lazerlə idarə olunan raket sınaqdan keçirildi - VİDEO

Türkiyə istehsalı olan “Bayraktar Akıncı” PUA lazerlə idarə olunan raketi sınaqdan keçirib.

KONKRET.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, PUA Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxaraq, lazerlə idarə olunan qanadlı raketlə saxta düşmənin hədəfini dəqiqliklə vurub.

“Akıncı” PUA daha əvvəl “Anadolu Qartalı – 2022” təlimi çərçivəsində verilən tapşırıqları uğurla yerinə yetirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*