AKP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi İmamoğlunu tənqid etdibackend

AKP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi İmamoğlunu tənqid etdi

AKP-nin İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizədi Murat Kurum CHP-dən olan hazırkı bələdiyyə başçısı Əkrəm İmamoğlunun fəaliyyətini tənqid edib.

KONKRET.az bildirir ki, Kurum 2019-cu ildə keçirilən bələdiyyə seçkiləri ərəfəsində vəd edilən layihələrin həyata keçirilmədiyini bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə İstanbul zəlzələyə tam davamlı hala gətirilməli, 15 min sosial mənzilin təmiri tamamlanmalı idi. Lakin verilən sözlərin 5 faizi belə yerinə yetirilməyib, əvəzində 5 il itirilib:

“Böyükşəhər bələdiyyəsi tikdiyi mənzillərin sayı ilə öyünə bilməz. Bu sürətlə davam etsələr, layihələri 100 ilə tamamlaya bilərlər”.

Fatimə Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*