Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdibackend

Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi

Kristiano Ronaldo tarixdə Lionel Messidən sonra futbol üzrə altı dünya çempionatında iştirak edən ikinci futbolçu olub.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, 41 yaşlı portuqaliyalı ulduz, həmçinin dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu kimi də rekord müəyyənləşdirib.

Xatırladaq ki, DÇ-2026-da altıncı dəfə iştirakı ilə bağlı xüsusi nişanla meydana çıxan ilk oyunçu Lionel Messi olub.

Qeyd edək ki, Ronaldo ilk dəfə mundialda 2006-cı ildə, 21 yaşında çıxış edib. Ronaldo dünya çempionatlarında keçirdiyi ümumilikdə 23 oyunda 8 qol vurub. Onun dünya çempionatlarındakı ən yaxşı nəticəsi 2006-cı ildə yarımfinala yüksəlməsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*