“Fransa prezidenti Emmanuel Makron Fransa hərbi kontingentinin Şimal Hərbi Dairə zonasına göndərilməsindən danışarkən sözün əsl mənasında odla oynayır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib.
“Ukraynaya hərbi müdaxiləyə çağıran siyasətçilər odla oynayırlar”, – deyə diplomat Makronun hərbçilərin Ukrayna ərazisinə göndərilməsi ilə bağlı açıqlamasına cavab olaraq bildirib.
Polişçuk əlavə edib ki, öz ölkələrinin maraqlarına etinasız yanaşmağı, siyasi vəziyyəti adi vətəndaşların istəklərindən üstün tutmağı bacaran siyasətçilər var. O, Makronun niyyətini siyasi infantilizm adlandırıb.
Xatırladaq ki, Fransa prezidenti Ukraynaya quru qoşunlarının göndərilməsinin mümkünlüyünü açıqlamışdı.
Rəsmiyyə Şərifova,
KONKRET.az
