Aleksey və Yuliya Navalnılar Almaniyada mükafata layiq görüldülərbackend

Aleksey və Yuliya Navalnılar Almaniyada mükafata layiq görüldülər

Rus müxalifətçilər – Aleksey və Yuliya Navalnılar “Media Azadlığı Mükafatı”na layiq görülüblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, mükafatlandırma mərasimi aprelin 19-da Lüdviq Erhard adına İllik Sammitdə baş tutub. Mərasim iştirakçıları Yuliya Navalnayanı bir neçə dəqiqə ayaqüstə alqışlayıblar.

Rusiya həbsxanasında dünyasını dəyişmiş müxalifət lideri və xanımı bu mükafata “müqavimət hərəkatında göstərdikləri şücaət” və “Rusiyadakı qəddar diktaturaya qarşı cəsarətli və qeyri-zorakı mübarizəyə görə” layiq görülüblər.

Mərhum ərinin də adından mükafatı qəbul edən Yuliya Navalnaya bildirib ki, ərinin media azadlığı sahəsində işini davam etdirəcək. O, qeyd edib ki, Kremlin senzura, dezinformasiya və yalan üçün yeni alətlər tapacaq: “Bu o deməkdir ki, biz həqiqəti çatdırmaq üçün yeni hiyləgər fəndlər tapacağıq. Alekseyin həmişə etdiyi kimi”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*