Alıcılar marketlərdə karantin qaydalarına necə riayət edir? – REPORTAJbackend

Alıcılar marketlərdə karantin qaydalarına necə riayət edir? - REPORTAJ

Koronavirusa qarşı mübarizə tədbirləri sırasında sosial məsafənin qorunması və tibbi maskalardan istifadə ən effektiv üsullardan biridir.

KONKRET.az xəbər verir ki, xəstəliyin sürətlə yayılmasına şərait yaradan əsas şərtlərdən biri də həmin tələblərin pozulmasıdır.

Bu səbəbdən insanların kütləvi toplaşdıqları idarə və müəssisələrdə, ictimai-iaşə obyektlərində, mağazalarda, ictimai nəqliyyatda tələblərə riayət edilməsi olduqca zəruridir. Təsadüfi deyil ki, bir sıra ictimai-iaşə obyeklərində, müəssisələrdə içəri daxil olanların hərarəti ölçülür, tibbi maskanın olub-olmadığı yoxlanılır.

Bəs bir sıra mağazalarda, alış-veriş məkanlarında bu qaydalara necə riayət olunur?

Marketlərdə alıcıların karantin qaydalarına riayət edib-etməmələrini araşdırdıqda təəssüf ki, bəzi vətəndaşların buna məsuliyyətsiz yanaşdığını, ictimai yerlərə, insanların sıx toplaşdıqları ərazilərə tibbi maska ilə daxil olsalar da, sonradan ya maskanı çıxarmalarının, ya da çənəyə taxmalarının şahidi olduq.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*