Məşhur müğənni Alla Puqaçova dövlətə xəyanətdə şübhəli bilinir. Onun Ukrayna silahlı qüvvələrini maliyyələşdirməsi barədə söz-söhbətlər gəzir.
KONKRET.az xəbər verir ki, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin sovet və rus müğənnisi Alla Puqaçovanın Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsini yoxlamaq xahişi ilə Baş Prokurorluğa müraciət edib.
“Sizdən xahiş edirəm, Alla Borisovna Puqaçovanın Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı üçün yoxlanılması barədə göstəriş verəsiniz”, – baş prokuror İqor Krasnova ünvanlanmış müraciətdə deyilir.
O, Primadonnanın düşmənə maddi dəstək verdiyinə inanır.
Kristina Orbakayte və oğlu Nikita Presnyakov barəsində də şikayət daxil olub. Onlar da Ukrayna ordusunu maliyyələşdirməkdə şübhəli bilinirlər.
Xuraman Etibarlı,
KONKRET.az
