“Allah xatirinə, biz Birləşmiş Ştatlarıq”backend

"Allah xatirinə, biz Birləşmiş Ştatlarıq"

ABŞ Ukrayna və İsrailə eyni vaxtda hərbi dəstək vermək imkanına malikdir.

KONKRET.az xəbər verir ki, bunu Amerika prezidenti Co Bayden “CBC News”a müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ öz öhdəliklərini yerinə yetirməlidir.

“Allah xatirinə, biz Birləşmiş Ştatlarıq – bəşəriyyət tarixinin ən güclü ölkəsi. Bütün dünyada yox, tarix boyu. Biz hər iki ölkəyə kömək edə bilərik və eyni zamanda beynəlxalq arenada müdafiə qabiliyyətimizi qoruya bilərik”, – Bayden bildirib.

Xatırladaq ki, bu gün ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bəyan edib ki, Ağ Ev Ukrayna və İsrailə silah tədarükü üçün Konqresdən 2 milyard dollardan çox vəsait tələb edəcək. Onun sözlərinə görə, Co Bayden gələn həftə vəsaitin ayrılması məsələsini müzakirə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*