Almaniya ordusu türk kadrların axtarışında – Elanlar diqqət çəkdibackend

Almaniya ordusu türk kadrların axtarışında – Elanlar diqqət çəkdi

Bir müddət əvvəl müdafiə xərclərini və şəxsi heyətini artıracağını açıqlayan Almaniyada hərbi çağırışların türkcə yazılması diqqət çəkib.

KONKRET.az xəbər verir ki, afişalarda iş axtaranlara müraciətlə yazılmış “Dəniz Qüvvələrimizin bir parçası olun” müraciəti türk dilində nümayiş olunub.

Xüsusilə türklərin cəmləşdiyi bölgələrdə asılan elanlarda bu qəbildən olan elanlar daha çoxdur.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius 2023-cü ilin iyun ayında verdiyi açıqlamada COVİD-19 epidemiyasından sonra Almaniya ordusuna müraciət edənlərin sayında azalma olduğunu və ixtisaslı kadr çatışmazlığının olduğunu bildirib.

Fatimə Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*