Almaniya Putini yeni “soyuq müharibə”də günahlandırırbackend

Almaniya Putini yeni “soyuq müharibə”də günahlandırır

Almaniyanın xarici işlər naziri Annalena Barbok Putini Ukraynaya qarşı yeni “soyuq müharibə” aparmağa hazırlaşmaqda ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə xarici KİB yazıb.

O xatırladıb ki, son vaxtlar bu ölkənin kritik infrastrukturu Rusiya tərəfindən kütləvi atəşə tutulub.

“Qışda insanları donduraraq öldürmək məqsədi ilə Putin əvvəlki illərdəkindən daha böyük soyuq müharibəyə can atır”, o əlavə edib.

Burbok hesab edir ki, Avropa İttifaqı Ukraynanı yeni “qoruyucu qalxan”la təmin etməlidir:

“Berlin ilin sonuna qədər Ukrayna ordusuna daha dörd IRIS-T hava hücumundan müdafiə sistemi və əlavə Gepard zenit-top tankı təhvil verməyi planlaşdırır.

“Ukraynada insan həyatını qorumaq üçün hava hücumundan müdafiə hələ də ən vacib şeydir”, – nazir əlavə edib.

Natiq Səlim, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*