Tehranın əsas hava limanında yanğın baş verdibackend

Tehranın əsas hava limanında yanğın baş verdi

İranın paytaxtı Tehran şəhərinin İmam Xomeyni hava limanında yanğın baş verib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə “Khabar Fouri” agentliyi məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl İmam Xomeyni hava limanının inzibati binasında yanğın baş verib”, – məlumatda bildirilib.

Yanğın hava limanının gömrük binasında qeydə alınıb.

Hadisənin səbəbi, dəyən ziyanın miqyası və ehtimal olunan qurbanlar barədə hələ dəqiq məlumat yoxdur.

Xilasetmə xidmətləri və yanğınsöndürənlər hadisə yerindədir.

Qeyd edək ki, bu hava limanı İranın əsas beynəlxalq aeroportudur və Tehrandan 30 kilometr cənubda yerləşir.\\sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*