ABŞ yaxın saatlarda İranla razılaşmada irəliləyişə ümid edir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə iclas zamanı məlumat verib.
“Biz onun (sazişin – red.) bağlanmasını istəyirik. Hesab edirəm ki, müəyyən irəliləyiş və maraq var, və biz yaxın bir neçə saat və gün ərzində irəliləyişə nail olmağın mümkün olub-olmadığına baxacağıq”, – o deyib.
