Almaniya hüquq-mühafizə orqanları üç Almaniya vətəndaşını Çin kəşfiyyat xidmətləri ilə əlaqədə şübhəli bilinərək saxlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunur ki, saxlanılan şəxslər – Herviq F., İna F. və Tomas R.-nin evlərində və iş yerlərində axtarışlar aparılıb.
İttiham tərəfi hesab edir ki, şübhəlilər 2022-ci ilin iyun ayına qədər Çin kəşfiyyatı ilə əməkdaşlıq ediblər və həmçinin Xarici Ticarət Qanununu pozublar. Almaniya Baş Prokurorluğunun məlumatına görə, saxlanılanlardan biri Almaniyada hərbi işlərdə istifadə oluna biləcək innovativ texnologiyalar haqqında məlumat toplayırmış.
Günel Mikayılova,
KONKRET.az
