Almaniyada marixuana leqallaşır – BU TARİXDƏNbackend

Almaniyada marixuana leqallaşır - BU TARİXDƏN

Almaniyanın Nazirlər Kabineti gələn həftə marixuananın leqallaşdırılması üzrə dövlət planının birinci hissəsini təsdiq edəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Karl Lauterbax deyib.

Karl Lauterbax

Nazirin sözlərinə görə, Almaniya hökuməti leqallaşdırma ilə yanaşı, bitki mənşəli narkotiklərin təhlükələri barədə ictimaiyyəti məlumatlandırmaq üçün genişmiqyaslı kampaniyaya başlamağı planlaşdırır.

Qanun Almaniya sakinlərinə təkcə marixuana saxlamağa deyil, həm də yetişdirməyə icazə verəcək.

Xatırladaq ki, aprelin 12-də Almaniyanın səhiyyə naziri Karl Lauterbax və kənd təsərrüfatı naziri Cem Özdemir ölkədə marixuananın leqallaşdırılması planını təqdim edib, Avropa Komissiyası ilə məsləhətləşmələrdən sonra qanuna düzəlişlər edilib.

Cem Özdemir

Məlumata görə, qanun layihəsi şəxsi istehlak üçün 25 qrama qədər marixuana saxlamağa, həmçinin evdə maksimum üç bitki kolu yetişdirməyə icazəni nəzərdə tutur.

Qeyd edək ki, Kanada hökuməti də güclü narkotiklərin istehlakına və saxlanmasına icazə verib. Həmçinin ölkədə kokainin istehsalı və satışı üçün lisenziya verilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*