Almatıdakı hosteldə baş verən yanğında ölən Rusiya vətəndaşlarının sayı iki nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə şəhər polis idarəsindən məlumat verilib.
“Baş verən yanğın nəticəsində ölənlərin şəxsiyyəti müəyyən edilib. Ölən 13 nəfərdən 4-ü əcnəbidir: ikisi Rusiya, ikisi isə Özbəkistan vətəndaşıdır. Digər ölənlər Qazaxıstan vətəndaşlarıdır”, – deyə idarənin saytında bildirilir.
Xatırladaq ki, hadisə nəticəsində 13 nəfər həlak olub. Hosteldən 59 nəfər təxliyə edilib, onlardan üçü xəstəxanaya yerləşdirilib.
Almatı Fövqəladə Hallar İdarəsi baş verən yanğın nəticəsində insanların ölümü ilə bağlı cinayət işi açıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
